CLEAR Ustalığı

CLEAR USTALIĞI

Saç dərisinin özünü qoruma gücünü yüksəldin. Qayidan kəpək narahatliğina son verin.

Təsis edildiyi 1975-ci ildən, CLEAR yalnız bir məqsəd haqqında düşünür - istifadəçilərini kəpəyin ən effektiv həll yolu ilə təmin etmək. O vaxtdan etibarən heç vaxt geriyə baxmadan dünyada fırtına qoparmaq üçün yola çıxmışıq.

Sadəcə kəpəyi yuyub aparan digər çoxsaylı şampunlardan fərqli olaraq, CLEAR şampunları təkcə qovaqları kənarlaşdırmaq üçün deyil, həm də saç dərinizin təbii olaraq özünü müdafiə gücünü yüksəltmək**, vaxtaşırı təkrarlanan kəpək probleminə son qoymaq üçün nəzərdə tutulub*.

CLEAR Bio Gücləndiricisi

BIO GÜCLƏNDIRICI

CLEAR-ın möhtəşəm Bio gücləndiricisi saç dərisinə qulluqla dəriyə qulluğu birləşdirən, yeni texnologiyadır.

Kəpək əleyhinə qoruyucunun saç dərisi baryerində daha yaxşı paylanması üçün yenilənmiş Siderat^^ ilə təkmilləşdirilmə; CLEAR-ın ilk mikrob əleyhinə olmayan inqrediyenti, Nikotinamid (Vitamin B3) saç dərinizin təbii müdafiəsini gücləndirə bilər; eləcə də amin turşusu ilə o, saç dərisini nəmləndirir və sağlam saxlayır.

Yeni yaradılmış Bio gücləndirici ilə o, saç dərisinin mübarizə gücünü yüksəltməklə, vaxtaşırı olaraq təkrar qayıdan kəpək narahatlığına son verir. CLEAR ilə daha güclü saç dərisi müdafiəsini^^ üzə çıxarın.

Bio Gücləndirici haqqında daha ətraflı məlumat üçün bura kilikləyin.

GENDER TƏLƏBLƏRINƏ UYĞUNLAŞDIRMA

CLEAR kişilərin saç dərisinin qadınların saç dərisindən fərqli olduğunu başa düşür. Fərdi ehtiyaclara uyğunlaşdırılmış həll yoluna ehtiyac olduğunu görən CLEAR dünyada ilk dəfə hər iki cins üçün şampun yaratdı.

CLEAR Men

Kişilər üçün:
Daha çox protein itkisi və buynuz təbəqəsində daha aşağı seramid səviyyəsi səbəbindən, kişilərin saç dərisi daha çox yağlanır, buna görə də onların saç dərisi baryeri zəifləyir və kişiləri kəpəyə daha çox meylli edir. Bio gücləndirici və Taurin ilə hazırlanmış CLEAR Men saç dərisinin özünü müdafiə gücünü aktivləşdirir və qoruyucu funksiyasını bərpa edir.

Son dərəcə effektiv texnologiya və tərkibə malik CLEAR Men 2009-cu ildə Kişilər üçün 1 nömrəli kəpək Şampunu seçilmiş və o vaxtdan bu adı əldən verməmişdir.

Kişi seriyası haqda daha ətraflı məlumat üçün bura kilikləyin.

CLEAR Women

Qadınlar üçün:
Qadınların saç dərisi daha çox nəm itirir; buna görə də onlar quru saç dərisinə və quru saçlara daha çox meyllidirlər. Qliserindən ibarət Bio gücləndirici ilə hazırlanmış Clear Women saç dərinizi nəmləndirir, saç dərinizin özünü müdafiə qabiliyyətini artırır və vaxtaşırı təkrarlanan kəpək narahatlığına son verir*.

Qadın seriyası haqqında daha ətraflı məlumat üçün bura kilikləyin.

*müntəzəm istifadə halında qovaqdan iz qalmır
**Saç dərisinin qoruyucu funksiyasını bərpa etməyə kömək edir
^Ümumi ərzaq mağazası satışının Unilever tərəfindən Nilsen dəyəri/həcmi əsasında hesablanması (iyun ayının 17-də bitən 12 aylıq müddət və ya iyul ayının 17-də bitən 12 aylıq müddət).
^^əvvəlki CLEAR ilə müqayisədə