Kəpək Mifləri Alt-üst Edildi

KƏPƏK MİFLƏRİ ALT-ÜST EDİLDİ

Saç tökülməsi və kəpəyin arxasındakı miflərin dərinliyinə enirik.

Ola bilsin ki nə vaxtsa bir insanın kəpəyə yoluxma qorxusundan digərinə ondan uzaqda durmasını söylədiyinə şahid olmusunuz. Kəpək həqiqətən yoluxucudurmu? Saç tökülməsinə səbəb olurmu? Kəpək mifləri sadəcə köhnə dedi-qodudurmu, yoxsa bəzi həqiqətləri əks etdirirmi? Bizimlə bu məsələnin dərinliyinə enmək üçün oxumağa davam edin.

MİF 1: QURU SAÇ DƏRİSİ KƏPƏKLİ SAÇ DƏRİSİNƏ BƏRABƏRDİR.

HƏQİQƏT: Kəpək kimi, quru saç dərisi də xeyli insanda ola bilər, lakin unutmayın ki, bunlar eyni şey deyil. Saç dəriniz çox miqdarda təbii nəm itirdikdə sərtləşir və quruyur. Düşən kiçik ağ qovaqlar quru saç dərisinin – kəpəyin ən seçilən simptomudur.

Bu, mümkün səbəbdir, lakin qətiyyən kəpəyin yeganə səbəbkarı deyildir. Kəpək probleminizdə əsas şübhəli amil saç dərisinin yağlı bölgələrində yetişən bezdirici maya göbələyi Malasseziyadır. Əmələ gətirdiyi qıcıqlandırıcılar saç dərinizin normanı aşan yağ mühitində çoxalaraq epitel hüceyrələrinin həddindən artıq sürətlə qabıqlanıb düşməsinə gətirib çıxarır.

Kəpək Mifləri Alt-üst Edildi - Mif 1
Kəpək Mifləri Alt-üst Edildi - Mif 2

MİF 2: KƏPƏK SAÇ TÖKÜLMƏSINƏ SƏBƏB OLUR.

YARIHƏQİQƏT: Saç tökülməsinin kəpəklə əlaqəsi ola bilər, lakin elə də mühüm qarşılıqlı asılılıq yoxdur – bu şərtlər bir-birini istisna etmir. Bunun əvəzinə, qaşınan bir saç dərisi dərinizin cızılmasına və saçların qırılmasına yol aça bilər. Saçlarınızın nazikləşməsi sizi narahat edirsə, rasionunuzu, sizə təsir edən stres səviyyəsini və saç dərinizin sağlamlığını nəzərdən keçirməlisiniz. Bitkilər və onların yetişdiyi torpaq kimi, sizin də saç kökləriniz saç dərinizin içindədir və uyğun olaraq, uzanması üçün ondan qida alır. Beləliklə, gözəl saçlara sahib olmaq üçün saç dərinizin sağlamlığını təmin etməlisiniz.

Tərkibində, saç tökülməsinin azaldılmasına kömək edən gingeral maddəsi olan zəncəfil kökünün mikrobla mübarizə xassələri kəpəyin nəzarətdə saxlanılmasına kömək edir. CLEAR Saç Tökülməsi Əleyhinə Şampun kəpəyi effektiv şəkildə aradan qaldırır və 10 dəfə daha az saç tökülməsini təmin etmək üçün saç dərisinin içindən saçları gücləndirir^^.

MİF 3: KƏPƏK YOLUXUCUDUR

ALT-ÜST EDİLDİ: Sinifdə qarşınızda oturan qızın saçlarını diqqətlə müşahidə etdiyinizi xatırlayırsınızmı? Kəpək haqqında ən böyük və indiyə kimi yaşayan mif əslində böyük bir uydurmadır. Kəpək bir şəxsdən digərinə keçə bilməz; belə ki, kəpəyə səbəb olan göbələk hər birimizin saç dərisində mövcuddur. Həqiqət isə odur ki, heç birimiz kiçik ağ monstrlardan tamamilə qorunmuş deyilik.

Kəpək Mifləri Alt-üst Edildi - Mif 3
Kəpək Mifləri Alt-üst Edildi - Mif 4

MİF 4: ADİ ŞAMPUNLAR KƏPƏKDƏN XİLAS OLMAĞA İMKAN VERİR.

ALT-ÜST EDİLDİ: Dekorativ kosmetik şampunlar sizə möhtəşəm saçlara qovuşmağı vəd edərək diqqətinizi çəkirlər. Lakin sizdə kəpək varsa, bu cür məhsullar ona qalıb gəlməyə kifayət etmir. Saçınızdan kəpəyi yuyub aparmaqla bu məhsullar sizi bir qədər məmnun edirlər, lakin kəpəyə səbəb olan normadan artıq göbələyin yox edilməsi üçün fərqli bir şey tələb olunur.

kəpək əleyhinə şampun, məsələn, CLEAR Nanə Tərkibli Sərinləşdirici kimi şampun tapmaq istəyə bilərsiniz. Bu şampun sizin saç dərinizin müdafiə qatını bərpa etmək və qidalanmanı təmin etdiyi müddətdə onun özünümüdafiə gücünü artırmaq üçün hazırlanmışdır. CLEAR Şampunu yalnız saç dərisini təmizləmir, həm də Bio Gücləndiricilər vasitəsilə təkrarlanan kəpək probleminə də son qoyur*

Nəyin doğru, nəyin uydurma olduğunu ayırd etdinizmi? Siz saçlarınızın və saç dərinizin ehtiyacları üçün düzgün həll yolu tapmağa bir addım daha yaxınlaşmısınız və bir anda özünüzü yenilməz hiss edəcək və valehedici görünəcəksiniz.

^^Saç qırılması səbəbindən, kremsiz şampun ilə müqayisədə
* müntəzəm istifadə etdikdə gözlə görünən qovaq yoxa çıxır