Kəpəkdən xilas olmaq üçün 5 addım

KƏPƏKDƏN XILAS OLMAQ ÜÇÜN 5 ADDIM

Sadə məsləhətlərimizə əməl etməklə bezdirici qovaqları aradan qaldırın.

Son vaxtlar köynəyinizdə kiçik ağ qovaqlar diqqətinizi çəkirsə, deməli: saçınızda kəpək var və yəqin ki tezliklə yox olmayacaq. Təkcə kəpəyi yox etmək üçün yox, həm də onun heç vaxt qayıtmaması üçün beş faydalı məsləhətimiz var. Saç dərinizi necə təmiz saxlayacağınızı öyrənmək üçün oxumağa davam edin.

1. KƏPƏYİ YARADAN SƏBƏBLƏRİ ÖYRƏNİN

Hücum etməzdən öncə düşməninizi tanıyın. Kəpək müxtəlif səbəblərdən qaynaqlana bilər, buna görə də müalicəyə başlamadan öncə onun mənşəyinin tapılması olduqca vacibdir. Saç dərisinin yağlı nahiyələrində çoxalan Malasseziya maya göbələyi kəpəyin ən geniş yayılmış səbəblərindən biridir. Saç dərisi qeyri-sağlam olduqda onun təbii mühafizə gücü zəifləyir və Malasseziya göbələyinin əmələ gətirdiyi qıcıqlandırıcılar saç dərisinin qoruyucu qatından içəriyə nüfuz edərək normadan artıq epitel hüceyrəsinin əmələ gəlməsinə və tökülməsinə gətirib çıxarır. Dəri hüceyrələri tanıdığımız kəpək olaraq qovaqlara çevrilib saç dərinizdən aşağı səpilirlər.

Kəpəkdən xilas olmaq üçün 5 addım - Kəpəyin səbəbləri
Kəpəkdən xilas olmaq üçün 5 addım - Saç dərinizi nəmləndirin

2. SAÇ DƏRİNİZİ NƏMLƏNDİRİN

Hər gün azı səkkiz stəkan su içirsinizmi? Susuzlaşma dərinin qurumasına yol aça bilər ki, bu da kəpəyin qaşınma və qovaq kimi simptomlarını ağırlaşdıracaqdır. Nəm itkisini doldurmaq üçün H2O qəbulunu artırmaqdan əlavə, günəşli günlərdə istinin sizin saç dərinizi qurutmasından çəkinərək baş geyimindən və ya çətirdən istifadə etdiyinizə əmin olun. Saçlarınızın həddindən artıq stillərin verilməsi, həmçinin quruluğa səbəb ola bilər, bu səbəbdən zədələnmələrin qarşısını almaq məqsədilə fendən, saç buran vasitələrdən və düzləşdiricilərdən istifadəni minimuma endirməniz lazımdır.

3. ARTIQ YAĞIN ARADAN QALDIRILMASI

Saçlarınızın parlaq və nəm qalması üçün saç dəriniz onu nəm saxlayacaq bədəninizin qoruyucu qat qismində istifadə etdiyi təbii dəri yağı ifraz edir. Lakin hər şeyin həddindən artıq olması heç də yaxşı deyil – normadan artıq ifraz edilən sebum kəpəklə nəticələnən yağlı saçlara səbəb olur.

Dəridə sebumun müvafiq səviyyədə saxlanılması saç stili üçün nəzərdə tutulmuş məhsullardan istifadənin minimuma endirilməsi və saçlarınızdan şampunu tam yuyub aparmanız ilə mümkündür. Bu, saçlarınıza xoşagəlməz yağlı və çirkli görünüş verə biləcək sonrakı yağlanmanı daha da gücləndirən qalıqları yuyub aparır.

Kəpəkdən xilas olmaq üçün 5 addım – Artıq yağın aradan qaldırılması
Kəpəkdən xilas olmaq üçün 5 addım - Təbii vasitələr

4. TƏBİİ VASİTƏLƏRİ SINAYIN

Mətbəxiniz kəpək probleminin həll yolu üçün gərəkli laboratoriyaya çevrilə bilər. Təbii vasitələr, misal üçün saç dərisində mikrobları azaldan alma sirkəsi ilə saçları yaxalamaq sizi təəccübləndirəcək dərəcədə effektiv ola bilər. Daha münasib və peşəkar həll yolu üçün siz CLEAR–ın Təbii məhsullarının seriyasını sınaya bilərsiniz; bu məhsullar saç dərisinin təbii mübarizə gücünü artırmaq üçün antioksidant mənbəyi kimi tanınan və əsas vitaminləri təmin edən zəncəfil, kivi, yaşıl çay və çia toxumları ilə zənginləşdirilmişdir.

5. KƏPƏK ƏLEYHİNƏ ŞAMPUNDAN İSTİFADƏ EDİN

Bu yerinə yetirilməli olan ən önəmli addım olsa da, qeyd etmək əsasdır ki, çox insan kəpək əleyhinə vasitə seçimində səhvə yol verir və problemin aradan qalxmadığını müşahidə edir.

Effektiv, hərtərəfli kəpək müalicəsi üçün təkrarlanan kəpək probleminin aradan qaldırılması məqsədilə xüsusi olaraq Bio Gücləndirici ilə hazırlanmış CLEAR Şampununu sınayın*. Müntəzəm istifadə edildikdə, şampun saçlarınızı qidalandırmaqla, onları yumşaqlıq, sağlam görünüş bəxş etmək, kəpəkdən azad etməklə təkrarlanan kəpək probleminin* həll olunmasına kömək edir*.

Kəpəkdən xilas olmaq üçün 5 addım - Kəpək əleyhinə şampundan istifadə edin

Bu gündən başlayaraq bu beş sadə addımı atmaqla kəpək problemindən canınızı qurtarın* və nəsə gizlətmədən cəmiyyət qarşısına çıxmağa hazır olun.

* müntəzəm istifadə etdikdə gözlə görünən qovaqlar aradan qalxır