Kəpəyə nə səbəb olur?

KƏPƏYƏ NƏ SƏBƏB OLUR?

Kəpək probleminizin dərinliyinə enin.

Kəpək sizi utandıra bilər, lakin həqiqət budur ki, bu problem dünya əhalisinin təqribən yarısına təsir etməkdədir. İstər nənəniz, istər sevgiliniz, istərsə də pərəstiş etdikləriniz olsun, saçlarda və saç dərisində quru və ağ qovaq hər kəsi məyus edə bilər. Stres, quru saç dərisi və göbələk kimi amillər kəpəyin yaranmasına səbəb ola bilər. Ona qalib gəlmək üçün ən yaxşı üsulu axtarmadan öncə problemin səbəbini araşdırmaq lazımdır.

Kəpəyə nə səbəb olur? - Quru Saç Dərisi

QURU SAÇ DƏRİSİ

Saç dəriniz qurudurmu? Sizdə kəpəyin ən geniş yayılan səbəblərindən biri ola bilər. Saç dərisi də bir dəridir və dəri quru olarkən qabıqlandığı kimi, saç dərisi də quru olarkən kəpək yarana bilər. Kəpək qovağınn başınızda daha kiçik və daha az yağlı olduğunu müşahidə edə bilərsiniz – gələn dəfə köynəyinizin üzərində gördükdə onlara yaxından nəzər salın.

Yaxşı bir kəpək əleyhinə şampunla kəpəyi asanlıqla aradan qaldırmaq mümkündür. Lavanda cövhəri ilə Quru saç dərisi və qaşıntı əleyhinə CLEAR şampunu saçın quru dərisini qidalandırır və nəmləndirir. Müntəzəm olaraq saçlarınızı yumağı və yaxalamadan öncə şampunla başınızı yaxşıca masaj etməyi unutmayın. Siz bundan xəbərdar olanadək, saç dəriniz yenilənmiş və bezdirici kəpəkdən azad olacaqdır*.

Kəpəyə nə səbəb olur? - Quru Saç Dərisi
Kəpəyə nə səbəb olur? - Saç Dərisində Göbələk

SAÇ DƏRİSİNDƏ GÖBƏLƏK

Göbələk? Hələ ki iyrənməyin - saç dərisində maya göbələyi olan Malasseziya, hətta sağlam saç dərisində belə mövcuddur. Yalnız saç dərisinin müdafiə qatı zəiflədikdə Malasseziya göbələyinin əmələ gətirdiyi qıcıqlandırıcılar saç dərisinin zəif müdafiə qatından dəriyə nüfuz edərək saç dərisinin iltihabına və kəpəyin yaranmasına yol aça bilirlər.

Malasseziya göbələyi tamamən aradan qaldırıla bilməz, lakin saç dərinizin müdafiə qatının bərpası və onun təbii müdafiə gücünün artırılması göbələklə mübarizə üçün atılan böyük addımdır. Kəpək əleyhinə CLEAR kimi faydalı bir şampun sözü gedən müdafiə qatının gücləndirilməsi istiqamətində çalışır və saç dərinizin mübarizə gücünü Bio Gücləndirici ilə aktivləşdirərək qıcıqladırıcıları dərinizdən kənar tutur və təkrarlanan kəpək probleminə son qoyur*. Başınızı hər gün yuyun ki, saç dəriniz və saçlarınız tez bir zamanda təmiz və təravətli olsun.

Saç dərisinə təhlükələr haqqında həqiqəti bilmək problemin aradan qaldırılmasının və normal yaşam tərzinə geri dönmənin ən yaxşı yoludur. Tezliklə kəpək problemini geridə buraxacaqsınız və inamla geri dönəcəksiniz.

* müntəzəm istifadə etdikdə gözlə görünən kəpək qabıqları aradan qalxır