Kişilər üçün saç stilində kəpəklə mübarizə təlimatı

KIŞILƏR ÜÇÜN SAÇ STILINDƏ KƏPƏKLƏ MÜBARIZƏ TƏLIMATI

Bezdirici qovaqlardan ən qısa müddətdə xilas olmaq üçün effektiv tövsiyələr.

Başa düşürük. Oğlanlar üçün bu təkcə kəpəyin aradan qaldırılması deyil; əsas məsələ adi həyat tərzinizi davam etdirməklə bunu həll etmək üçün ən yaxşı üsulun seçilməsidir. Stilinizi məhdudlaşdırmadan kəpəkdən azad qalmanız üçün sizə yardımçı olacaq hərtərəfli təlimat işləyib hazırladıq. Bunun necə edildiyini öyrənmək üçün oxumağa davam edin.

DÜZGÜN ŞAMPUNU SEÇİN

Rahatlığa qaçıb sevgilinizin, yaxud ananızın şampunundan istifadə etməyin, belə ki, faktlara əsasən kişilərin saç dərisi qadınlara nisbətən 60% daha çox yağ ifraz edərək sizlərin kəpəyə meylliyini artırır. Əvəzində siz kişi saç dərisini müalicə etmək və artıq sebum qalıqlarını tənzimləmək üçün nəzərdə tutulmuş xüsusi məhsuldan istifadə etməlisiniz.

Siz eyni zamanda təkrarlanan kəpək problemini aradan qaldırmaqla, kişi saç dərisinin səthini təmizləyən və məsamələrdən artıq sebumu kənarlaşdıran CLEAR Men Nanə Tərkibli Sərinləşdirici, yaxud CLEAR Men Yağlılıq Balansı şampunundan istifadə edə bilərsiniz*. Əlavə müsbət hal kimi, CLEAR Men Nanə Tərkibli Sərinləşdirici şampununun tərkibində nanə vardır ki, bu da saçlarınıza gün ərzində təravətləndirici ətir bəxş edir.

Kişilər üçün saç stilində kəpəklə mübarizə təlimatı – Düzgün şampun seçin
Kişilər üçün saç stilində kəpəklə mübarizə təlimatı – Saçlarınızı düzgün qaydada yuyun

SAÇINIZI DÜZGÜN YUYUN

Əlinizdə olan düzgün seçilmiş şampun vasitəsilə siz kəpəkdən azad olmanın ən qüsursuz yolunu tapmısınız. Düzdür?

Hələ yox. Növbəti addım: saçınızı və saç dərinizi necə yuduğunuza bir daha nəzər salın. Qaynar su rahatladıcı təsirə malikdir, lakin krandan gələn qaynar su saç dərinizi quruda, saçlarınızı zədələyə və qırılan edə bilər. Bunun əvəzinə saçınızı az isti su ilə yumağa üstünlük verin və şampunu köpükləndirdiyiniz zaman saç dərisini elə də çox qaşıyıb cızmayın, çünki bu da öz növbəsində dərini zədələyə, qıcıqlanma və yaxud infeksiya sala bilər. Şampunu saçların ən yaxşı şəkildə qidalanması üçün saç köklərinizə vurub yaxşıca masaj edin.

SAAÇ STİLLƏRİNİN VERİLMƏSİNDƏ İFRATA VARMAYIN

Qabarıq saç düzümləri, gellənərək arxaya doğru daranan saçlar - bu stillər qəşəng ola bilərlər, amma həm də tonlarla gel və pomada tələb edirlər. Onları tam kəsmək stilinizə zərər verə bilər, amma onlarla kəpək yaratmadan da işləmək olar.

Saçınızı tez-tez formaya salırsınızsa, saç dərinizdə məsamələri qapayaraq kəpək yarada biləcək çirk, yağ və qalıqları kənarlaşdırmaq üçün saç dərinizi və saçınızı dərindən təmizləmək üçün xüsusi qulluq tətbiq edin. Ən yaxşı nəticəni üçün CLEAR Men Dərindən Təmizləmə şampunu kimi yaxşı şampundan istifadə edin!

*müntəzəm istifadə halında heç bir qovaq nəzərə çarpmır

Kişilər üçün kəpəklə mübarizə təlimatı – Stillərin verilməsində rahatlıq