Kişilər və qadınlar eyni şampundan istifadə etməlidirlər?

KIŞILƏR VƏ QADINLAR EYNI ŞAMPUNDAN ISTIFADƏ ETMƏLIDIRLƏR?

Həyat yoldaşınızın şampununu istifadə etməmişdən əvvəl bunu oxuyun.

Deməli, saçınızda kəpək var. Bu geniş yayılmış xəstəlikdir və çox güman ki, evdə başqa şəxslər də bu problemdən əziyyət çəkir. Siz onların şampunundan götürürsünüz, lakin bunun problemi həll etmədiyini anlayırsiniz.

Partnyorunuz, qohumunuz və ya valideyniniz əks cinsin nümayəndəsi olduğu halda, hər ikiniz kəpəkdən əziyyət çəksəniz də, saç dərilərinizin fərqli tələbatı vardır. Kişilər üçün ən yaxşı kəpək əleyhinə şampun hər zaman qadınlar üçün də münasib deyildir və əksinə. Bu bezdirici ağ qovaqlara qarşı düzgün bir çarə tapılmasında sizə kömək edəcək fərqləri başa düşmək üçün oxumağa davam edin.


KİŞİ VƏ QADIN SAÇ DƏRİSİ

Söhbət saç dərisi sağlamlığına gəldikdə, burda xanımların bəxti daha çox gətirmişdir. Tədqiqatlar göstərir ki, kişilərdə saç dərisinın qoruyucu qatı daha aşağı seramidlər səviyyəsinə malik olduğundan qadınlarınkına nisbətən daha zəifdir və bu da onu protein itkisinə qarşı daha həssas edir belə ki, onların hər ikisi saç dərisinın qoruyucu qatı üçün əsas komponentləridir.

Bundan əlavə, kişilərin saç dərisi qadınlara nisbətən 60% daha çox yağ ifraz edir – bu da əlavə olaraq dərisi artıq yağ ifrazına meylli olan kişilərdə nəticə etibarilə yağlı saç və saç dərisinə gətirib çıxarır.

Digər tərəfdən, qadınlar quru saç dərisinə daha çox meyllidir. Xanımlar, saçlarınızın kimyəvi işlənməsi sizi bir neçə ay cazibədar və təravətli göstərəcək, lakin bu sizin saçlarınıza təsir edərək onları qurumağa meylli edəcəkdir.

Faktları qeyd etdinizmi? Hər iki cinsin nümayəndələrinin kəpəyi necə effektiv bir şəkildə müalicə edə və qarşısını ala biləcəyini görmək üçün oxumağa davam edin.

Kişilər və qadınlar eyni şampundan istifadə etməlidirlər? - Kişi və qadın saç dərisi
Kişilər və qadınlar eyni şampundan istifadə etməlidirlər? - Fərdiləşdirilmiş həll yolları

SİZİN KƏPƏK ƏLEYHİNƏ FƏRDİLƏŞDİRİLMİŞ HƏLL YOLUNUZ

Qadın saçları üçün şampunlar parlaqlığı və hamarlığı təmin edən kosmetik şampunlardan tutmuş quruluğu və kəpəyi aradan qaldıran, zədələnmələri sağlamlaşdıran şampunlaradək geniş spektrli stil və hallara münasib olmaq üçün eyni genişliyə malik tələblər spektrinə cavab verməlidir.

Cənablar xüsusilə kişilər üçün nəzərdə tutulmuş məhsullar seçməlidir. Kişilərin saç dərisində artıq yağ və yağ ifrazının müalicəsi üçün xüsusi olaraq hazırlanmış şampun çeşidləri olan CLEAR başlanğıc üçün doğru ünvandır.

CLEAR müvafiq olaraq, kişi və qadınların saç dərisinin ehtiyaclarını qarşılamaq üçün xüsusi olaraq fərdiləşdirilmiş geniş çeşidli məhsula malikdir ki, bu məhsullar eyni zamanda saç dərisinin mübarizə gücünü artırmaq və təkrarlanan kəpək problemini* aradan qaldırmaqla saç dərisinin sağlamlığı və qidalanması üçün xüsusi işlənib hazırlanmış həll yolları təqdim edir.

Mağazaya növbəti gedişinizdə nəhayət kəpəkdən azad olmaq üçün saç dərinizə münasib olan şampun seçməyi unutmayın*. Ən qısa zamanda kəpəkdən azad olacaqsınız və tam əminliklə başı dik gəzəcəksiniz.

*müntəzəm istifadə etdikdə gözlə görünən qovaqlar aradan qalxır