Qadınlar üçün saç dərisinə qulluq təlimatı

QADINLAR ÜÇÜN SAÇ DƏRISINƏ QULLUQ TƏLIMATI

Xanımlar, saç dərisinə qulluq rejiminiz buradan başlayır.

  • 1
    Bir neçə kəsilmiş hind qozu

    GÖZƏL SAÇLARIN SƏBƏBİ

    Düzdür: saçınızın görünüşünün kökündə saç dərinizin sağlamlığı dayanır. Saçın təbii qidalanması 99% saç dərisi vasitəsilə həyata keçir, lakin biz gündəlik yuyunma zamanı saç dərisinin əhəmiyyətini gözdən qaçıra bilirik. Gələn dəfə alış-verişə çıxan zaman saç dəriniz üçün nəzərdə tutulmuş bir şampun götürün, məsələn, CLEAR-ın saç dərinizi qidalandıran və kəpəksiz* saxlayan məhsul seriyasından. Bizə inanın, gələn dəfə rəfiqələrinizlə gecə gəzintisinə çıxanda gözəl saç tellərinizə çox iltifat ediləcək.

  • 2
    Hind qozunu kəsən insan

    HƏR GÜN YAXALANIN

    Vaxt azlığından əziyyət çəkən xanımlar, bilirik ki, bəzi günlər, xüsusilə də yatmamışdan əvvəl saçınızı qurutmaq üçün həddən artıq yorğun olan zaman saçınızı yumadığınız vaxtlar olur. Lakin saç dərimizdə cəmi bircə gündə belə əhəmiyyətli dərəcədə çirk və yağ toplanır, xüsusilə rütubətli iqlimlərdə. Kəpəyin sizi bezdirməsiniı istəmirsinizsə, təravətli, təmiz və özündən əmin olmaq üçün mütləq hər gün saçınızı yuyun.

  • 3
    yanında bir stəkan hindqozu yağı olan hind qozu

    SAÇINIZ ÜÇÜN PƏHRİZ PLANI

    Belə bir deyim var: Yediyiniz nədirsə, siz də osunuz. Saçınız sizin bir hissənizdir, odur ki, gözəl saçları mühafizə etmək üçün pəhrizinizi davam etdirin. Sərt pəhriz saxlamağa tələsməyin, əvəzində sağlam saç dərisi və saçlar üçün əsas qidalandırıcı maddə olan təzə meyvə, yaşıl tərəvəz və süddən istifadə edin, müntəzəm olaraq yaxşı balanslaşdırılmış pəhrizə riayət edin və tezliklə bütün şəhər saçlarınızdan danışacaq.

  • 4
    təzə meyvələr

    GÜN ÇIXIB, SAÇ DƏRİSİ TƏHLÜKƏDƏDİR

    Biz qadınlar daha zərif dəriyə sahibik# və təmiz görünmək üçün xüsusi qulluq, xüsusilə günəş əleyhinə krem və UV qoruyucular istifadə edirik. Lakin tez-tez baş nahiyəmizin də dərimizin bir hissəsi olduğunu unudur və onu qısa zamanda ciddi zədə törədə biləcək yandırıcı günəş şüalarına məruz qoyuruq. Günəşli günlərdə yanınızda çətir və ya günəş şapkası olsun, beləliklə, həm dəyərli dərinizi, həm də baş nahiyənizi qoruyacaqsınız.

     

    *qovaqdan iz yoxdur