Qaşınan saç dərisi ilə mübarizə^

QAŞINAN SAÇ DƏRISI ILƏ MÜBARIZƏ^

Sizə saç dərisində qaşınmanın aradan qaldırılması haqqında danışacağıq.

Başınızın qaşınması bir neçə məqamı ifadə edə bilər. Ola bilsin ki siz yüngül sızlama, yaxud həddindən artıq çaşqınlıq hiss edirsiniz, çünki qaşınan saç dərisi qaşınmaqla keçə bilməz.

Bu cür bezdirici qaşınma növü saç altındakı iltihablı və zədələnmiş dəri, yaxud saç dərisində səpki ilə əlaqəli olub, geniş yayılmış vəziyyətdir. Elə hesab etməyin ki, qaşınma keçib gedəcəkdir – onun səbəbləri kəpəkdən tutmuş psoriazadək dəyişir və düzgün şəkildə müalicə edilmədikdə vəziyyəti daha da ağırlaşa bilər. Onu necə müəyyən edə və aradan qaldıra biləcəyiniz barədə məlumat üçün oxumağa davam edin.

KƏPƏK

Kəpək Milad səhərində qar yağar kimi sevimli köynəyinizin üzərinə qonurmu? Bezdirici ağ qovaqlar qaşınan saç dərisi ilə eyni təhlükə mənbəyidir. Malasseziya adlı maya göbələyinin həddindən artıq çoxalması saç dərisinin iltihabına yol açır ki, bu da onun qaşınmasına və qabıq atmasına səbəb olur. Saç dərinizin qaşınması kəpəklə əlaqəlidirsə, saçlarınızın vaxtı-vaxtında yuyulmaması yağ qalıqlarının toplanmasına və ölü epitel hüceyrələrinə səbəb olaraq vəziyyəti daha da gərginləşdirə bilər.

Saç dərinizi kəpəkdən azad etmək üçün sizi quruluqdan, qaşınmadan və qıcıqlanmadan xilas edəcək, eyni zamanda sizin saç dərinizin kəpəyə qarşı qoruyucu qatını bərpa edəcək və təkrarlanan kəpək* və qaşınma^ probleminə son qoyacaq Lavanda cövhəri ilə zənginləşdirilmiş Quru Saç Dərisi və Qaşınma əleyhinə CLEAR şampunundan istifadə edin.

Qaşınan saç dərinizi sakitləşdirin^ - Kəpək
Qaşınan saç dərinizi sakitləşdirin^ - Kəpək
SEBOREIK DERMATIT

Seboreik dermatit yalnız sizin bədəninizin yağlı hissələrinə, misal üçün saç və üz dərinizə təsir edir. Nəticə? Qırmızı, qaşıntılı səpki, quru dəri yamaqları və təxmin etdiyiniz kimi, kəpək.

PSORİAZ

Seboreik dermatitin yaxın qohumu olan psoriaz da həmçinin qaşınan saç dərisi, qıcıqlanma və kəpək kimi simptomlara səbəb olan bir dəri xəstəliyidir. Lakin bu iki xəstəliyi qarışdırmayın – psoriaz saç nahiyəsindən kənara çıxaraq daha geniş zonaya təsir edir və hətta xoşagəlməz və görünən pulcuqlu ləkələr və ya qalın qabıqlar əmələ gətirə bilər.

Seboreik dermatitdən və yaxud Psoriazdan şübhələndiyiniz halda, xəstəliyinizi dəqiq bilmək və düzgün müalicə almaq üçün sizə dermatoloqunuzla məsləhətləşməyi tövsiyə edirik.

Verdiyimiz məsləhətləri aldınızmı? Düzgün atılan addımlar və CLEAR kimi faydalı şampunlar ilə qaşınan və cızılmış dəri ilə yaşamınıza geri dönməyəcəksiniz – bunun əvəzinə əminlik və təravət hissini salamlayacaqsız.