Quru saç dərisini necə müalicə etməli

QURU SAÇ DƏRISINI NECƏ MÜALICƏ ETMƏLI

Saç dərinizi Böyük Səhra kimi quruluqdan mükəmməliyə daşıyın.

QURU SAÇ DƏRİSİ NƏDİR?

Saç dərinizi görmədiyinizə görə növünü müəyyən etmək sizə çətin görünə bilər. Böyüdücü aynanı çıxarmadan əvvəl quru saç dərisinin adətən sərtlik hissi ilə müşayiət olunduğunu və gözlə görünən dəri qovağı, habelə qaşınma ilə əlaqəli olduğunu bilməlisiniz. Xanaları işarələməyə başladınız? Qurumuş saç dərinizi necə müalicə edə biləcəyini öyrənmək üçün oxumağa davam edin.

QURU SAÇ DƏRİSİ KƏPƏK

Biz qeyd etmişdik ki, gözlə görünən dəri qovağı quru saç dərisinin əlamətidir, bəs onların arasında qarşılıqlı asılılıq varmı? Birincisi, dərinin kəpək kimi tanınan vəziyyəti quru saç dərisi qədər geniş yayılmışdır və sizə narahatlıq verə, özünüzə inamınızı azalda bilər. Quru saç dərisi çox miqdarda nəm itirdikdə baş verir və dəri sərtləşir, bu da soyuq hava, susuzlaşma və saç üçün məhsulların həddindən artıq istifadəsi kimi amillərdən qaynaqlana bilər.

Amma kəpək hər zaman quru saç dərisinin əlaməti olmur. Bu bezdirici ağ təhlükələrin bir çox yaranma səbəbi vardır və saç dərisinin yağlı bölgələrində çoxalan maya göbələyi olan Malasseziya ilə əhəmiyyətli dərəcədə əlaqəlidir. Saç dərisinin təbii müdafiəsi zəiflədiyi zaman Malasseziya göbələyinin əmələ gətirdiyi qıcıqlandırıcılar dərinin normadan artıq olan yağı ilə qidalanır. Bu dəri hüceyrələrində iltihabla nəticələnərək epitel hüceyrələrinin həddindən artıq sürətlə qabıqlanıb düşməsinə gətirib çıxarır və ta-damm – dərinizdə kəpək yaranır.

Quru saç dərisini necə müalicə etmək olar? – Quru saç dərisi kəpək ilə müqayisədə
Quru saç dərisini necə müalicə etməli - Quru saç dərisinin müalicəsi

QURU SAÇ DƏRİSİNİN MÜALİCƏSİ

1. Nəmlənməni təmin edin

Saç dərinizin normaya salınması üçün ilk addım təməl prinsiplərə qayıtmaqdır. Hər gün səkkiz stəkan su içmək kifayət qədər asan görünür, lakin hamımız məşğul günlərdə özümüzü kifayət qədər nəmləndirmədiyimizə görə günahkarıq. Saatlıq su dozasını almaq üçün gün boyu telefonunuzda xatırladıcıları ayarlamağa başlayın və xüsusilə soyuq və isti iqlimlərdə saç dərinizə təsir edə biləcək nəmləndirici vasitələrin ehtiyatını yaratmağı unutmayın.

2. Saç stilinizi həddindən artıq çox dəyişməməyə çalışın

Saçların stili yalnız buruqlar, düzləşdiricilər və saç lakları ilə məhdudlaşmır. Hətta fendən ifrat istifadə də saç dərisini quruda və ona ziyan vura bilər. Saç dərinizi istinin təsirinə asanlıqla buraxmayın (və yaxud bunu daha təntənəli günlərə saxlayın) və mümkün qədər təbii görünüşə üstünlük verin ki, saç dəriniz nəfəs ala və nəm qala bilsin. Gələn dəfə fərqli görünmək istədiyiniz təqdirdə, görünməz saç sancağının köməkliyi ilə kreativ saç düzümü yaradın və ya yeni saç kəsimi edin!

3. Düzgün şampun seçin

Yanlış şampundan istifadə etməklə siz hər hansı qalıq yağları yuyub aparmaqla, habelə xoşagəlməz hisslərin və kəpəyin əmələ gəlməsini tezləşdirməklə quru saç dərinizin vəziyyətini daha da ağırlaşdıra bilərsiniz. Hamam məhsulları cərgəsində çeşid çoxluğundan özünüzü itirmisiniz? Siz ^^ sağlam saç dərisinə və möhtəşəm saçlara qovuşmaq üçün saç dərisinin 3 qatı dərinliyində nəmləndirən üzüm çəyirdəyi yağı ilə zənginləşdirilmiş CLEAR Dərindən Qidalandırıcı Şampun kimi xüsusi işlənib hazırlanmış şampunlara nəzər yetirə bilərsiniz.

Quru saç dərisini bu ipucları ilə problem siyahınızdan çıxarmaqla tez bir zamanda özünüzü səhərdən axşamadək təravətli və mükəmməl hiss edin, çünki insana yaraşıq verən ən gözəl aksessuar möhtəşəm saçlardır.

^^epidermal səviyyədə