Saçınız və saçş dəriniz üçün ən yaxşı qidalar

SAÇINIZ VƏ SAÇŞ DƏRINIZ ÜÇÜN ƏN YAXŞI QIDALAR

Pəhriz sizə gözəl saç və saç dərisi bəxş edir.

  • 1
    Bir neçə kəsilmiş hind qozu

    YAXŞI BALANSLAŞDIRILMIŞ QİDALANMA

    Hamı güclü qarın əzələlərinə sahib olmaq istəyir. Pəhriz sizə böyük qarnı əritməyə və bir az əlavə əzələ yığmağa kömək edə bilər, amma çox irəli getmək və əsas qidalandırıcı maddələrinin daxil olduğu qidaları kəsmək saç dəriniz və saçınız üçün zərərli ola bilər. Ehtiyaclarınıza uyğun, yaxşı balanslaşdırılmış qidalanma əldə etmək üçün peşəkara müraciət edin.

  • 2
    Hind qozunu kəsən insan

    TƏZƏ MEYVƏLƏR

    Gündə bir alma həkimi və pis saçları evinizdən uzaq saxlaya bilər. Təzə meyvələrdə saç dərisini qidalandıran vitaminlər var. Sitrus meyvələri əlavə olaraq C vitamini bəxş edir, saçınızı zədədən qoruyur və onu davamlı olaraq qidalandırır. Hər gün meyvə istifadə etməkmək saç dərinizi daha təravətli edir və saçınız sağlam görünüşə qovuşur.

  • 3
    yanında bir stəkan hindqozu yağı olan hind qozu

    GÖBƏLƏKLƏR

    Göbələk hətta ən böyük ətsevərlər üçün belə rəddedilməz inqrediyentdir. Onun sink və mis kimi əsas minerallarla birləşdirildikdə daha yaxşı olacağını kim bilə bilərdi? Bu, saç dərinizə sağlam görünüşlü və gözəl saçlar yaratmaq üçün ehtiyac duyduğu qida maddələrini verir.

  • 4
    təzə meyvələr

    YAŞIL TƏRƏVƏZLƏR

    Hamımız yaşıl tərəvəzlərin qidalandırıcı xüsusiyyəti olduğunu bilirik. A və C vitamininin mənbəyi olan bu xırtıldayan tərəvəzlər saçınızda və saç dərinizdə möcüzələr yaradır. Tərkibində əlavə dəmir və lif olan ispanaq saç dəriniz üçün xüsusilə faydalıdır. Bu faydalı qidalandırıcı maddələr saç dərinizdə quruluq və qəribəlik hissinin olmaması üçün sağlam miqdarda yağlılıq yaratmağa kömək edir.

  • 5
    təzə meyvələr

    QIRMIZI ƏT

    Sürpriz, sürpriz! Ətsevərlər sevinə bilərlər, çünki yağsız qırmızı ət saçınız üçün ən yaxşı qidalardandır. Onun tərkibinə dəmir daxildir, bu da saç folekullarınızı sağlam saxlayır və saçınızın uzanmasını təmin edir. Dəmir, həmçinin digər qidalandırıcı maddələrin saçınıza daha yaxşı nüfuz etməsinə imkan verir. Yaxşı bir ət tikəsi yalnız dad reseptorlarınız üçün faydalı deyil, hər bir dişlək sizi sağlam saç dərisi və güclü saçlara daha çox yaxınlaşdırır.