Sağlam görünüşlü saçlar üçün saç dərisinə qulluq

SAĞLAM GÖRÜNÜŞLÜ SAÇLAR ÜÇÜN SAÇ DƏRISINƏ QULLUQ

Asan praktik tövsiyələrimizlə saç dərinizi təmiz saxlayın və sağlam görünüşlü saçlara qovuşun.

  • 1
    Bir neçə kəsilmiş hind qozu

    GÜNDƏ BİR DƏFƏ YUYUNMAQ KƏPƏYİ UZAQ SAXLAYIR

    Hamımız bəzən saçlarımızı yumaya bilirik. Amma yəqin ki, istədiyinə nail olan bir insan kimi hər zaman evdən çıxır və çirkli, izdihamlı şəhərdə olursunuz. Gündəlik işlərin səbəb olduğu bütün o çirk və tər saç dərinizin yağlanmasına səbəb ola və sizi yüksək kəpək riski ilə üz-üzə qoya bilər. Yağlı saç dərisi yolverilməzdir, odur ki, duş saatlarına riayət edin və təravətli qalmaq üçün hər gün yaxalanın.

  • 2
    Hind qozunu kəsən insan

    MASAJLA KƏPƏYİ MƏĞLUB EDİN

    MASAJLA KƏPƏYİ MƏĞLUB EDİN

  • 3
    yanında bir stəkan hindqozu yağı olan hind qozu

    SAÇ DƏRİNİZİ GÜNƏŞDƏN QORUYUN

    Hamımız üzümüzü və bədənimizi ultra bənövşəyi şüalardan günəş əleyhinə krem və SPF (Günəşdən qorunma vasitəsi) ilə qorumağa xüsusi diqqət yetiririk. Bəs saç dəriniz üçün nə etmisiniz? Dərinin bu nəzərdən qaçırılan hissəsi də günəşdən eyni dərəcədə qorunmaya ehtiyac duyur, odur ki, günəş şüalarının zərərindən qorunmaq üçün başınızı örtülü saxlayın. Papaq taxmaqla saç stillərindən imtina etmək fürsətindən yararlanın.

  • 4
    təzə meyvələr

    DAHA SAĞLAM DƏRİ ÜÇÜN AKTİV OLUN

    İdmansevər bir həyat tərziniz varsa, deməliyik ki, idmanın daha bir faydası da budur: o, faydalı qida maddələrinin saç dərinizə axınını artırmaqla, sağlam görünüşlü saçların yaranmasına dəstək verir. Yüksək intensivlikdə idman məşğələsi saç dərinizi tullantılardan təmizləyir, yüngül dartınma hərəkətləri isə qidalandırıcı maddələrin saç dərisinə daha yaxşı axınını dəstəkləyir. Qarın əzələsi tərləmək üçün yeganə səbəb deyil - daha cazibədar bədən daha güclü saç dərisi deməkdir.

  • 5
    təzə meyvələr

    SAÇ DƏRİNİZİ QURUTMAYIN

    Uzun günün sonunda qaynar, buxarlı duşun əvəzini heç nə verə bilməz. Suyu isidən zaman ehtiyatlı olun - saçlarınızı qaynar su ilə yaxalamaq saç dərinizə zərər verə bilər. Saçın fenlə həddindən çox qurudulması ilə birlikdə bu, saç dərinizin vəziyyətini daha da zəiflədir və onu Böyük Səhra kimi quraqlaşdırır. Əvəzində qaynar olmayan sudan istifadə edərək bu vaxtı dincələrək keçirin və saç dərinizə çox sərt davranmayın.