Yağlı saç dərisi: Səbəblər və müalicə

YAĞLI SAÇ DƏRISI: SƏBƏBLƏR VƏ MÜALICƏ

Yağdan birdəfəlik azad olmaq üçün faydalı məlumat.

Kəpəkdən əziyyət çəkirsinizsə, yəqin ki, artıq kəpək əleyhinə şampundan istifadə etməyi sınamısınız.

Bəzi kəpək əleyhinə məhsullar yağlanmaya nəzarət edir, lakin bir çoxları quru saç dərisini də tənzimləməyə yönəlmişdir. Kəpək probleminizin yağlı saçlardan qaynaqlandığını müəyyən edin və bunu necə aradan qaldıracağınızı araşdırın.

YAĞLI SAÇ DƏRİSİNİN MƏNŞƏYİ

Yağ hər zaman pis qarşılanmamalıdır. Dərinin yağ vəzilərinin ifraz etdiyi təbii dəri yağı saç dərisini nəm itkisindən və qurumadan qoruyan mühafizə qatı kimi çıxış edir. Lakin dəri yağının normadan artıq ifraz olunması saç dərinizi və saçlarınızı yağlı edər və kəpəyin yaranmasına yol açar. Bundan əlavə, Malasseziya göbələyinın qıcıqlandırıcıları zəifləmiş dəri qatından içəri nüfuz etdikdə saç dərisinin yağlı nahiyələrində çoxala və kəpək əlamətlərinizi ağırlaşdıra bilir.

Yağlı saç dərisi: Səbəbləri və müalicəsi – Mənşəyi
Yağlı saç dərisi: Səbəbləri və müalicəsi – Yağın yox olması

ARTIQ YAĞIN YOX OLMASI

Bu yazını oxuyan kişilər təəccüblənməməlidirlər ki, onlarda yağlı saç dərisinin yaranma ehtimalı daha yüksəkdir, belə ki, kişilərin saç dərisi, sübut olunduğu kimi, qadınların saç dərisinə nisbətən 60% daha çox yağ ifraz edir. Bu, sizləri kəpək, qaşınma^ və yağlı saçlar kimi hallara qarşı daha həssas edir.

Saç dərinizin ehtiyacları üçün xüsusi hazırlanan kəpək əleyhinə şampun tapmaq olduqca vacibdir. Artıq saç dərisi yağını effektiv şəkildə dərindən təmizləmək və saç dərinizin müdafiə qatını və təkrarlanan kəpək probleminə son qoymaq* məqsədilə mübarizə gücünü bərpa etmək üçün yağlı saç dərisinə faydalı, saçları təmiz və təravətli tutan şampun Kişilər üçün yağlı saçlar əleyhinə CLEAR-dır.

PROFİLAKTİKA MÜALİCƏDƏN YAXŞIDIR

Yağli saç dərisinə qarşı həssas ola biləcəyinizi düşünürsünüzmü? Kəpək əleyhinə keyfiyyətli şampundan müntəzəm istifadə etməklə bu narahatlığa son verə bilərsiniz. Saç dərisi məsamələrindən yağı yuyub aparmaqla saç dərisinin təbii balansını bərpa edən, saç dərinizin mübarizə gücünü artıran, təkrarlanan kəpək probleminə son qoyan* və sizə təmizlik və təravət hissi bəxş edən yağlı saçlar əleyhinə CLEAR şampunundan istifadə etməklə başlaya bilərsiniz.

Şampunu saçlarınıza vurarkən olduqca ehtiyatlı davranın və saç dərinizi çox qaşımaqdan çəkinin, belə ki bu əks-təsirə malik olub saç dərinizin zədələnməsinə və cızılmasına yol açar. Şampunu saçlarınızdan tam olaraq yuyub təmizləyin.

Yağlı saç dərisi: Səbəblər və müalicə - Profilaktika
Yağlı saç dərisi: Səbəbləri və müalicəsi – Yağın yox olması

Verdiyimiz ipuclarını qeydə aldınızmı? Yağlı saç dərisi və kəpək kimi problemlərinizə əlvida demək və cəmiyyət qarşısına özgüvənlə çıxmaq üçün doğru yoldasınız. Özünüzü müalicə etdikdən sonra saç dəriniz yağ və kəpək simptomlarını ciddi şəkildə göstərməyə davam etdiyi halda, məsləhət üçün peşəkar mütəxəssisə müraciət edin.

^kəpəklə əlaqəlidir
* müntəzəm istifadə etdikdə gözlə görünən qovaqlar aradan qalxır